Həyəcan pik nöqtədə: Onlarla bağlı hansı qərar veriləcək?

saytların hazırlanması

Evə çatdırılma

Həyəcan pik nöqtədə: Onlarla bağlı hansı qərar veriləcək?

Siyasət

15 Fevral 2024 09:32 39929


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin inauqurasiya mərasimindən sonra Azərbaycan hökuməti istefa verdi. Hazırda baş nazir Əli Əsədov daxil olmaqla, bütün hökumət üzvləri – Baş nazirin birinci müavini, iki müavini, 17 nazir, 7 Komitə sədri, 3 Xidmət rəisi və 2 Agentlik sədri öz vəzifələrini müvəqqəti icra edirlər.

Yenisabah.az-ın əldə etdiyi məlumata görə, yeni hökumətin formalaşması uzun çəkməyəcək. Bu gün yaxud sabah yeni təyinatların olacağı gözlənilir.

Aldığımız məlumata görə, hökumətin istefası ilə əlaqədar olaraq, dövlət qurumlarda həyəcanlı atmosfer hökm sürür. Hökumət üzvlərinin əksəriyyəti kariyerası ilə bağlı ciddi narahatlıq keçirir. Hakimiyyət dəhlizlərində bir neçə nazirin yola salınacağı ilə bağlı xəbərlər dolaşır.  pizza sifarişi

Bu sırada daha çox 4 şəxsin - FHN başçısı Kəmaləddin Heydərovun, Müdafiə naziri Zakir Həsənovun, Elm və Təhsil naziri Emin Əmrullayevin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının adları hallanır. Kimin gedib, kimin qalacağı isə yaxın günlərdə məlum olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Emin Balakişiyev
    Hikmət Hacıyev vicdanlı və dürüst olmağla yanaşı çox savadlı insandı cənab prezident onu baş nazir təyin etsə layiqli seçim olar məncə.siz nə düşünürsüz?
    2 years ago
  • Emin
    Rüşvət getsə hamısı düzələr, yox əgər rüşvət gedməsə O, getdi bu gəldi boş şeydi . Rüşvət getsin Vicdan gəlsin onda hər şey əla olar!!!!
    2 years ago
  • Azərbaycan
    Emin getsin
    2 years ago
  • Etibar
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi. Ay millet bu qurum nə işlə məşğuldur bilən varsa yazsın.
    2 years ago
  • Etibar
    Məktəb var amma təhsil yoxdur. Belə nazır kimə lazımdır
    2 years ago
  • Təhsil Nazirliyi
    Təhsil Naziri getsin deyənlər, haminizi yoxlayacam, əgər icinizdən biri muəllim olsa vay haliniza.
    2 years ago
  • Saləddin
    Köhnə. Kadırar. Dəyişsə. Yaxşı. Olar. Vallah
    2 years ago
  • Kərimova Tərlan
    Heç kim yox Təhsilimizi yerlə bir eliyən təhsil nazirini dəyişdirsinlər
    2 years ago
  • Kərimova Tərlan
    Heç kim yox Təhsilimizi yerlə bir eliyən təhsil nazirini dəyişdirsinlər
    2 years ago
  • Vüqar
    Kim gedir,qalır onun xalqa heç bir xeyiri yoxu.Məsələn Səfər Mehdiyev getdi nə dəyişdi. Əlbətdə heçnə.Ona görə kimnsə getməyinə sevinməyə dəyməz.Millət get əvvəlki kimi çörəyinin dalıncan axtarmağa. Sən mənə sat ,məndə sənə və dolanağ bir təhər
    2 years ago
  • Elnur
    orda cixardilasi adam yoxdu ey sadece qanun onu teleb etdi deye serancama gondermeli idi olari ve sonra berpa edecilecey)))))))
    2 years ago
  • Ugur
    Sahil babayev getsin insAllah????
    2 years ago
  • Elman
    Emin Emrullayev çıxsın.İmtanları çox tez keçir.Təhsilimizdə çox pis gündə
    2 years ago
  • Ramil
    Emin müəllim getsə Təhsil güya düzələcək? Gozləməyin. Ondan qabaq Təhsil yaxşı idi ki ?
    2 years ago
  • Rəşad
    Toplananların yerini dəyişdikdə cəm dəyişmir.
    2 years ago
  • NURƏDDİN
    Allah bizim ali baş komandanımızı var eləsin özü bilir neynədiyini inşallah yaxşı olacaq hər şey
    2 years ago
  • Yeganə
    Təhsil naziri Emin Əmrullayevin getməyi çox yaxşı olar. Bərbad gündə olan təhsilimizi birazda bərbad günə saldı.
    2 years ago
  • Qasimova Irade
    Emin Emrullayev mutleq lazimdi getsin.Tehsili cox pis veziiyete qoydu.Onun idare illerde mektebin butun psixoloji problemleri bas qaldirdimancaq kagiz gudur
    2 years ago