Bakıda və Abşeron yarımadasında tikilən həyət evlərinin əksər hissəsində kanalizasiya sistemi demək olar ki, yoxdur. Paytaxt ətrafında yerləşən qəsəbələrin mərkəzi küçələrini çıxmaq şərti ilə, digər əraziləri daha çox qazma üsulu ilə hazırlanan quyulardan istifadə edilir. Çirkab suları məhz bu quyuda toplanır, daha sonra xüsusi maşınlarla çəkilir.
Xüsusən, yay aylarında olduqca pis qoxu verən belə quyular, eyni zamanda, insan səhhəti üçün təhlükəlidir. Bir çox mütəxəssislər belə quyuların insan orqanizmində dəri, nəfəs yolu xəstəliklərinə səbəb olduğunu bildirir.
Mövzu ilə Yenisabah.az-a danışan tibb elmmləri doktoru, professor Adil Qeybulla bildirib ki, kanalizasiya olmayan yerlərdə quyulardan istifadə etmək olar, ancaq bəzi tullantılar insan orqanizmi üçün olduqca zərərlidir: Dördpendirli pizza
“Əvvəla, kanalizasiya xətləri kənd yerlərində, ucqarlarda, ümumiyyətlə, mövcud deyil. Burada bütün çirkab suları quyulara yığılır. Tualet, axıntı suları, ekskrimentlər hamısı bu quyularda cəmləşir. Əslində, bunun bir quyuda basdırılması özlüyündə ziyanlı deyil. Amma problem budur ki, məişətdə istifadə olunan toksiki məhsullar daha çox ziyanlıdır. Hazırda insanların istifadə etdiyi plastik qablar, müxtəlif yuyucu tozlar və bu kimi məişət məmulatları insan səhhəti üçün olduqca təhlükəlidir”.
A. Qeybulla plastik tullantıların xüsusən su mənbələri üçün ciddi təhlükə yaratdığını diqqətə çatdırıb:
“Bunların hamısı torpaqda toplanır və torpağın, suyun keyfiyyətinə mənfi təsir edir. Üstəlik, bu məhsulların istehsalı, istifadəsi gündən-günə artır. Təbii ki, digər tullantılar kimi, bu qəbildən olan məhsullar da istifadə olunduqdan sonra kanalizasiyaya, qeyd edilən quyulara axıdılır və nəticədə insan sağlamlığına ciddi ziyan vurur. İnsan sağlamlığı üçün ən böyük təhlükə məhz budur”.
Nazim Hacıyev
Telegram kanalımız