Heyvana işgəncə verənlərə 30 sutka həbs

saytların hazırlanması

Evə çatdırılma

Heyvana işgəncə verənlərə 30 sutka həbs

Hadisə

26 İyul 2022 23:04 1208


Vəhşi heyvana qarşı qəddarlıq göstərərək nümayişkəranə surətdə sosial şəbəkədə video görüntüləri yayan şəxslərin tapılıb.

Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, bu əməli törədənlərin Sabirabad rayon sakini Cəsarət Bayramov və Neftçala rayon sakini Kənan Dünyamalıyev olmaları müəyyən edilib və onlar saxlanılıb.

Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsilə protokol tərtib olunub. Marqarita pizza

Həmin şəxslər saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən əməl etmədiklərinə və xuliqanlıq hərəkətlərinə yol verdiklərin görə C.Bayramov və K.Dünyamalıyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələrinə əsasən protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə hər iki şəxs inzibati qaydada 30 sutka həbs edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!