Hikmət Hacıyev: Mina terrorunun qurbanları arasında uşaqlar da var

saytların hazırlanması

Evə çatdırılma

Hikmət Hacıyev: Mina terrorunun qurbanları arasında uşaqlar da var

Siyasət

04 Aprel 2024 09:54 442


Ermənistanın mina terrorunun qurbanları arasında uşaqlar da var.

Yenisabah.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"də yazıb.

Onun sözlərinə görə, Ermənistanın 30 ildir davam edən hərbi işğalı nəticəsində Azərbaycanın azad edilmiş əraziləri Ermənistan tərəfindən minalarla ciddi şəkildə çirkləndirilib: Dominos pizza

"Minalar, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğular mülki vətəndaşlarımızın ölümünə və yaralanmasına səbəb olmaqda davam edir, yenidənqurma işlərinə və məcburi köçkünlərin geri qayıtmasına mane olur. Qurbanlar arasında mülki şəxslər, o cümlədən uşaqlar da var".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!