Hikmət Hacıyev onlara təşəkkür etdi

saytların hazırlanması

Evə çatdırılma

Hikmət Hacıyev onlara təşəkkür etdi

Siyasət

26 Yanvar 2024 21:46 507


Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun və Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun Avropa Şurası Parlament Asssambleyasının (AŞPA) Azərbaycana qarşı qeyri-obyektiv qərarına münasibət bildirməsinə görə təşəkkür edib.

Yenisabah.az xəbər verir ki, Hikmət Hacıyev bu haqda "X" sosial şəbəkəsində yazıb:

“Dəyərli Mevlüt bəy PACE-də Azərbaycana qarşı olan haqsızlıqla bağlı ifadə etdiyiniz qəti və birmənalı mövqeyinizə görə Sizə təşəkkür edirəm. Siz həmişə Azərbaycanın yanında olmusunuz! Tezliklə Sizi Azərbaycanda görmək arzusu ilə”. pizza

Himət Hacıyev Fəxrəddin Altuna Türkiyənin Azərbaycana olan daimi dəstəyinə görə təşəkkürünü bildirib:

“Hər zaman şəxsən və İletişim Başkanlığı olaraq heyətiniz ilə birlikdə Azərbaycanın yanında olmusunuz”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!