Hikmət Hacıyev Türkiyədə Fəxrəddin Altunla görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Hikmət Hacıyev Türkiyədə Fəxrəddin Altunla görüşdü

Siyasət

19 Yanvar 2024 15:24 361


Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunla görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Fəxrəddin Altun paylaşım edib.

O, Türkiyədə görüşərək məhsuldar görüş keçirdiklərini bildirib. pizza hut

“Regional və beynəlxalq müstəvidə dost və qardaş Türkiyə və Azərbaycan arasında informasiya, media və ictimai diplomatiya sahəsində, eyni zamanda, dezinformasiya ilə mübarizə sahəsində iş birliyini gücləndirməyə böyük əhəmiyyət veririk. Bundan sonrakı müddətdə media və informasiya sahəsindəki iş birliklərimizi artıracaq, beynəlxalq sahədə iki dost və qardaş ölkə olaraq həqiqət mübarizəmizi aparmağa davam edəcəyik”, - deyə o qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!