Himnimizi təhqir edən Ləman polisə çağırıldı - Video

saytların hazırlanması

Evə çatdırılma

Himnimizi təhqir edən Ləman polisə çağırıldı - Video

Hadisə

11 Yanvar 2023 08:16 26071


Tanınmış "TikToker” Ləman Vəliyeva himnimizi təhrif edərək söyüşlə oxuyub. 

Yenisabah.az xəbər verir ki, "TikTok"da canlı yayım açan Ləman Azərbaycan himninin sözlərini dəyişib və ona şərh yazan izləyicilərindən birini himni oxuya-oxuya təhqir edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında deyib ki, o polis bölməsinə dəvət olunub:  pizza sifarişi

"Vətəndaş L.V müəyyən edilərək polis orqanına dəvət edilib, onunla profilaktik icraat işi aparılıb. O, bu əməlindən səmimi peşmançılığını ifadə edərək üzrxahlıq edib, səhifələrindən paylaşımı silib".

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!