Hindistan əhali sayına görə lider oldu

saytların hazırlanması

Evə çatdırılma

Hindistan əhali sayına görə lider oldu

Dünya

17 Aprel 2024 17:58 784


Hazırda 1,44 milyard olduğu təxmin edilən əhalinin sayına görə Hindistan dünyada liderlik edir.

Yenisabah.az xəbər verir ki, bu barədə BMT Əhali Fondunun (UNFPA) hesabatında deyilir.

Çin 1,425 milyard əhalisi ilə ikinci yerdədir. Dominos pizza

Fond Hindistan əhalisinin artımını ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşması və ana ölümü səviyyəsinin azalması ilə əlaqələndirir.

2011-ci ildə aparılan son siyahıyaalmaya görə, Hindistanın əhalisi 1,21 milyard idi.

Çinin əhalisi, BMT-nin hesablamalarına görə, 2022-ci ildə 1,426 milyard nəfərə çatıb və azalmağa başlayıb. Hindistan əhalisinin sayı 2023-cü ilin aprel ayının sonuna qədər materik Çinə bərabər idi və 2024-cü il iyulun 1-də onu ötəcəyi gözlənilirdi.

Mütəxəssislər bu əsrin sonuna qədər Çin əhalisinin 1 milyarddan aşağı düşəcəyini proqnozlaşdırıblar. Digər tərəfdən, Hindistan əhalisinin növbəti bir neçə onillikdə artmağa davam edəcəyi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!