Hindistan və Çin razılığa gəldi: Sərhədlər dəqiqləşdirilir

saytların hazırlanması

Evə çatdırılma

Hindistan və Çin razılığa gəldi: Sərhədlər dəqiqləşdirilir

Dünya

19 İyul 2022 11:12 698


Hindistan və Çin sərhəd məsələləri ilə bağlı dialoqu davam etdirmək və bununla bağlı məsələləri qısa müddətdə həll etmək niyyətindədir.

Yenisabah.az xəbər verir ki, bu barədə iki ölkənin sərhəd mühafizəsi korpusu səviyyəsində aparılan danışıqlardan sonra yayılan birgə bəyanatda bildirilib.

Müvafiq olaraq, tərəflər Qərb sektorunda sabitliyin və təhlükəsizliyin təmin edilməsi, eləcə də qalan problemlərin tezliklə həlli üçün sıx təmasda olmaq və hərbi və diplomatik dialoqu davam etdirmək barədə razılığa gəliblər. pizza

Xatırladaq ki, iki ölkənin sərhəd qoşunları komandirlərinin görüşü Çuşul-Moldo sərhəd-keçid məntəqəsində baş tutub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!