Bakıda hipermarketdə silahlı insidentlə bağlı təqsirləndirilən Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Yenisabah.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Dəyanət Qüdrətov ifadə verib.
Onun sözlərinə görə, təqsirləndirilən şəxs Ruhlan İsmayılovla (red - əməliyyat tədbirləri zamanı Ruhlan İsmayılov polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib) 2023-cü ilin fevralında bu planı qurublar: Dördpendirli pizza
"O mənə çox təzyiqlər edirdi. Deyirdi ki, əgər bu işə mənlə bərabər qol qoymasan, valideynlərini öldürəcəm. Ondan qorxduğum üçün hüquq mühafizə orqanlarına müraciət edə bilmədim. Mən mağazaya basqın zamanı bilərəkdən mühafizəçini vurmadım. Plan belə idi ki, mən atışları etməli idim, Ruhlan isə pulları götürüb oradan uzaqlaşmalı idi. Mən bir güllə vurub qaçdım. Ruhlan da mühafizəçini vurub hadisə yerindən uzaqlaşdı. Mən digər təqsirləndirilən şəxs Səbuhi Qurbanovun yanına getdim və axşam hüquq mühafizə orqanları tərəfindən saxlanıldım".
Məhkəmənin növbəti iclası noyabrın 15-nə təyin edilib.
Telegram kanalımız