Hökumə Əliyevanın ailəsinə qarşı dələduzluq edən şəxslər tapıldı, pul qaytarıldı

saytların hazırlanması

Evə çatdırılma

Hökumə Əliyevanın ailəsinə qarşı dələduzluq edən şəxslər tapıldı, pul qaytarıldı

Kriminal

18 Yanvar 2025 14:33 928


"Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul vəsaitini oğurlayan şəxslər müəyyən edilib, ailəyə dəyən ziyan isə ödənilib".

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tədbirlər görülür. Sezar pizza

"Faktla bağlı başlanmış cinayət işi çərçivəsində, cinayəti törədən şübhəli şəxslər müəyyən ediliblər. 80507 AZN pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi isə təmin edilib", - deyə qurumdan bildirilib.

Hazırda cinayət işi üzrə əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    ÇOX ŞÜKÜR. XALQIMI VƏ HÖKUMƏNİN AİLƏSİNİN GÖZLƏRİ AYDIN OLSUN. OPERATİV FƏALİYYƏTLƏRİNƏ GÖRƏ BU İŞDƏ ƏMƏYİ OLAN HƏR KƏSƏ TƏŞƏKKÜR EDİRƏM.
    1 year ago