Hökümə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxs həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Hökümə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxs həbs edildi

Kriminal

18 Yanvar 2025 21:48 1495


Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs müəyyən olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

DİN-in Baş idarənin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü İsgəndərov Ayaz Aydın oğlu saxlanılıb. Pepperoni pizza

Onun xarici ölkə vətəndaşları ilə əlaqələri müəyyən olunduğundan həmin şəxslər axtarışa verilib.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mirəhməd
    Bakı şəhərində dələduzu bir agaca bir ay baglasınlar gəlib gedən üzünə tüpürsün.
    1 year ago