Hökumənin ailəsinin aldadılmasına   “Kapitalbank”dan CAVAB - 80 minlik fırıldaq

saytların hazırlanması

Evə çatdırılma

Hökumənin ailəsinin aldadılmasına “Kapitalbank”dan CAVAB - 80 minlik fırıldaq

Sosial

18 Yanvar 2025 11:14 1569


AZAL-ın təyyarə qəzasında həlak olan təyyarəsinin ekipaj üzvü Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub. H.Əliyevanın atası Cəlil Əliyev faktı təsdiqləyib. C.Əliyevin sözlərinə görə, pulu oğurlayan şəxslər onu Kapitalbankın əməldaşı olduğunu deyərək aldadıb. Milli Qəhrəmanın atası deyib ki, kartdan oğurlanan vəsait H.Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub.

Məsələ ilə əlaqədar “Kapitalbank”-dan Yenisabah.az-a bildirilib ki, dələduzluq faktı ilə bağlı araşdırma başladılıb:

“Mövzu ilə bağlı araşdırma başlanılıb. Hazırda lazımi tədbirlər görülür. Ən qısa zamanda nəticələrlə bağlı mətubata məlumat veriləcək”. pizza

Qeyd edək ki, qəza nəticəsində təyyarədə olan və xəsarət alanların hər birinə 20.000 manat, həlak olanların hər birinin ailəsinə isə 40.000 manat kompensasiya ödənilməsinə qərar verilib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mirəhməd
    Şükürlər olsun Allaha deyəsən kibrercinayətkarlıga qarşı mübarizə qurumu da ayıldı.
    1 year ago