Honduras məsləhətləşmələr üçün İsrail səfirini geri çağırıb.
Yenisabah.az xəbər verir ki, bunu ölkənin xarici işlər nazirinin müavini Gerardo Torres bildirib.
Onun sözlərinə görə, səfirin geri çağırılması səfirliyin bağlanması demək deyil. Marqarita pizza
Xatırladaq ki, bu həftənin əvvəlində Boliviya İsrail ordusunun oktyabrın 7-də HƏMAS hücumuna qeyri-mütənasib cavab verməsi ucbatından İsraillə diplomatik əlaqələri kəsdiyini açıqladı. Çili və Kolumbiya prezidentləri də öz növbəsində İsraildəki səfirlərini geri çağırdıqlarını bəyan ediblər.
Telegram kanalımız