Horadiz-Ağbənd dəmir yolu xəttinin tikinti işlərinin 48%-i tamamlandı

saytların hazırlanması

Evə çatdırılma

Horadiz-Ağbənd dəmir yolu xəttinin tikinti işlərinin 48%-i tamamlandı

Siyasət

14 Fevral 2024 19:48 609


2021-ci ilin fevralın 14-də təməli qoyulmuş Horadiz - Ağbənd dəmir yolu xəttinin tikinti işlərinin 48%-i tamamlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən bildirilib.

Məlumata görə, ADY-nin işçi qatarları sözügedən dəmir yolu xəttinin Həkəri stansiyasına kimi hərəkət edə bilirlər. pizza sifarişi

Ox üzrə uzunluğu 110,4 kilometr olan dəmir yolu xətti üzrə doqquz stansiya, dəmir yollarının ən uzun - 23 aşırımlı, 771 metr uzunluğunda körpüsü, müstəqillik dövründə qapalı üsulla tikilən ilk dəmir yolu tuneli və ümumilikdə isə 500-ə yaxın süni mühəndis qurğusunun tikintisi həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!