Hövsan abadlaşdırılır   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Hövsan abadlaşdırılır - Fotolar

Sosial

10 Sentyabr 2020 16:59 1209


Suraxanı rayonu, Hövsan qəsəbəsində uzunluğu 3 km, eni 12 m olan İlqar Əhlimanov küçəsində yenidənqurma işləri aparılır. 

Yenisabah.az xəbər verir ki, bu barədə Suraxanı rayon İcra Hakimiyyətindən məlumat verilib. Qurum tərəfindən bildirilib ki, əhalinin rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması, piyadalar üçün əlverişli hərəkət şəraitinin yaradılması məqsədilə yol kənarında səkilər təmir edilir, olmayan yerlərdə isə yeniləri qurulur.

Yol boyu bordurlar dəyişdirilir, tamet daşı düzülür, işıq dirəkləri yeniləri ilə əvəzlənir. Ərazidə asfalt örtüyünün salınması üçün də hazırlıq işlərinə başlanılıb. Həmçinin estetik görünüşün yaxşılaşdırılması məqsədi ilə yeni layihələr hazırlanaraq ətraf ərazidəki qeyri-yaşayış obyektlərinin sahiblərinə təqdim edilib. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!