“HOZU” bu səfər cangüdən oldu – VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“HOZU” bu səfər cangüdən oldu – VİDEO

Şou

17 Oktyabr 2022 16:48 5691


“HOZU” filminin ikincisi hissəsi çəkilib.

Yenisabah.az ATV-yə istinadla xəbər verir ki, ssenarist, məşhur aktyor Məcid Hüseynov “HOZU cangüdən” filminin çəkilişlərinin artıq bitdiyini və 1 noyabrdan tamaşaçıların ixtiyarına veriləcəyini bildirib:

“Birinci “Hozu” ilə “HOZU cangüdən”nin fərqi ondadır ki, artıq “Hozu”nun 10 uşağı var. Ən böyük arzusu ferma sahibi olmaq olan “Hozu”nun bir gün atasını inək vurur. Kişi əməliyyat olunur. pizza sifarişi

Əməliyyatdan çıxanda “Hozu”nu çağırıb deyir ki, sənin şəhərdə bir bacın var, get onu tap gətir. “Hozu” gedir şəhərə, bacısını tapır. Sən demə “Hozu”nun bacısı ... nə isə, axırını da gəlib izlədikdən sonra görərsiz (gülür). Çox gülməli olduğuna zəmanət verirəm”

Filmdə Məcid Hüseynov, Kamilə Babayeva, Elsevər Camal, Teymur Məmmədov və Ülviyyə Əliyeva çəkilib.

Filmin quruluşçu rejissoru İlham Yaşaroğlu, quruluşçu operatoru isə Rəşad Qarayevdir.

Qeyd edək ki, “HOZU cangüdən” filmini, 1 noyabrdan etibarən “Park Cinema”, “Nizami Kinoteatrı”, “Aygün Mall”, “Park Bulvar” və “Metropark” kinoteatrlarında nümayiş etdiriləcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!