Hüseyn Abdullayev ölüm aclığına başladı

saytların hazırlanması

Evə çatdırılma

Hüseyn Abdullayev ölüm aclığına başladı

Siyasət

12 Aprel 2021 14:00 1067


Vergidən yayınmaqda və qanunsuz sahibkarlıqda ittiham edilərək həbs edilən sabiq deputat, "Quska" ləqəbli Hüseyn Abdullayev aclıq aksiyasına başlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə jurnalist Əvəz Zeynallı məlumat paylaşıb.

O bildirib ki, 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Hüseyn Abdullayev ona verilən 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına etiraz olaraq ölüm aclığına başlayıb. Pepperoni pizza

İttihama görə, H.Abdullayev külli miqdarda məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda, qanunsuz sahibkarlıqda suçlanır.

Həmçinin H.Abdullayev dəfələrlə Almaniyadan istifadəsində olan telefonla “Autist Uşaqların Reabilitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib, tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb etməkdə günahlandırılıb.

Hüseyn Abdullayev özünü təqsirli bilmir.

Xatırladaq ki, Hüseyn Abdullayev bir neçə gün öncə ölkə rəhbərliyinə müraciət edərək həbsinin ədalətsizlik olduğu üçün  Azərbaycan vətəndaşlığından çıxarılmasını istəmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!