Yəməndə İran dəstəkli Husi silahlıları Yunanıstana məxsus yük gəmisinə zərbə endirib. Texniki olaraq ağır xəsarət alan gəmi Ölü dənizdə batma təhlükəsi yaşayıb.
Yenisabah.az xarici mediaya istinadən məlumat verir ki, Husilər gəminin vurulmasına səbəb kimi, göyərtədə İsrailə aparılan yüklərin olmasını əsas göstərib. Gəmidə ölən və yaralıların olması ilə bağlı heç bir məlumat yoxdur.
Qeyd edək ki, Yəməndə fəaliyyət göstərən Husilər ötən ilin oktyabrından bəri İsrailin Eliat limanı istiqamətində hərəkət edən bütün gəmilərə hücumlar həyata keçirir. Dördpendirli pizza
Telegram kanalımız