Yəmənin husi üsyançıları İsraillə münaqişə vəziyyətində heç bir məhdudiyyətə riayət etmək niyyətində deyillər.
Yenisabah.az Ynet-ə istinadla xəbər verir ki, bunu husilərin sözçüsü Məhəmməd Əbdüssalam bildirib.
O bildirib: "İsraillə münaqişə məhdud olmayacaq, sərhədsiz və hərbi gücdən istifadə qaydaları olmadan olacaq". pizza mizza
Əbdüssalam söz verib ki, “Yəmən xalqı ilə mübarizə asan olmayacaq”.
Şənbə günü İsrail Yəmənin Hudeyda limanı yaxınlığında husilərin mövqelərinə hücum etdiyini bildirib.
Ordu bildirib ki, bu, son aylarda İsrail ərazisinə edilən yüzlərlə zərbəyə cavabdır.
İsrail ordusunun məlumatına görə, husilərin nəzarətində olan şəhərdəki liman dəfələrlə İrandan silah tədarükü üçün istifadə edilib, buna görə də İsrail onu qanuni hərbi hədəf kimi görür.
Husilər bildiriblər ki, zərbə nəticəsində 6 nəfər ölüb, 83 nəfər yaralanıb.
Telegram kanalımız