Husilər qisas vəd edir

saytların hazırlanması

Evə çatdırılma

Husilər qisas vəd edir

Dünya

20 İyul 2024 22:54 861


Yəmənin husi üsyançıları Hudeyda limanı yaxınlığındakı hücumlara cavab olaraq İsrailə qarşı hərbi əməliyyatları gücləndirmək niyyətindədirlər.

Yenisabah.az xəbər verir ki, bunu husilərin Siyasi Şurasının üzvü Məhəmməd Əl-Buxaiti bildirib.

“İsrailin Yəmənə qarşı təcavüzü Fələstin xalqına dəstək üçün hərbi əməliyyatlarımızı dayandırmayacaq, əksinə, Qəzzaya qarşı təcavüz dayanana qədər artacaq”, - deyə Əl-Buxaiti X platformasında yazıb. Pepperoni pizza

Şənbə günü İsrail Hudeyda limanına, limandakı yanacaq anbarlarına və digər obyektlərə aviazərbələr endirilib. İsrail ordusunun sözlərinə görə, Husilərin nəzarətində olan şəhərdəki liman dəfələrlə İrandan silah daşınması üçün istifadə edilib, buna görə də İsrail onu qanuni hərbi hədəf kimi görür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!