"Bu gün “Azərbaycanın Milli Qəhrəmanı” adı verilən İbad Hüseynov müharibədə çox qəhrəmanlıqlar edib. Adam minaya düşüb, bir aydan artıq müddətdə komada yatıb. Möcüzə nəticəsində ölməyib".
Yenisabah.az xəbər verir ki, bunu sabiq deputat Etibar Hüseynov deyib.
E.Hüseynov bildirib ki, İ.Hüseynov vaxtaşırı müalicə alır: "Melkumyanın kəsilmiş başıyla fotosu da var. İndi bir çoxları ermənilərin çəkdiyi fotoya istinad edib insanın bütün xidmətlərinin üstündən xətt çəkmək istəyir. Hətta Melkumyanı o öldürməyibsə belə, adam cəbhədə qəhrəmanlıqlar edib, canını qoyub. Yəni bu ad üçün kənardan gətirilən biri deyil. Niyə sevinmirsiz ki? Onda heç olmasa dil uzadıb, daş-qalaq etməyin də...". Marqarita pizza
Telegram kanalımız