İranın mərhum prezidenti İbrahim Rəisinin cənazəsi təyyarə ilə Məşhədə aparılıb.
Yenisabah.az “Mehr”ə istinadla xəbər verir ki, Rəisinin ailəsi, eləcə də yüksək rütbəli İran rəsmiləri bu şəhərdədir.
Mərhum prezident İmam Rza məqbərəsində dəfn olunacaq. Sezar pizza
Ölkə prezidenti ilə vida mərasimləri bir neçə gün davam edib və ölkənin müxtəlif, o cümlədən Təbriz, daha sonra Qum və Tehranda yerlərində baş tutub.
Ötən gün İranın paytaxtında keçirilən yas mərasimlərində 10-u dövlət başçıları səviyyəsində, 20-si isə nazirlər səviyyəsində olmaqla 60-a yaxın xarici nümayəndə heyəti iştirak edib.
Telegram kanalımız