İbrahim Rəisi Moskvadan silahla dönə bilər

saytların hazırlanması

Evə çatdırılma

İbrahim Rəisi Moskvadan silahla dönə bilər

Dünya

04 Yanvar 2022 16:18 1124


İran prezidentinin yaxın həftələrdə Rusiyaya gözlənilən səfəri çərçivəsində xeyli sayda silah alqı-satqısı müqaviləsinin imzalanması gözlənilir.

Yenisabah.az "T-Art"a istinadla xəbər verir ki, İbrahim Rəisinin iki ölkə arasında uzun müddətdir təxirə salınan müdafiə sazişini nəhayət imzalamaq niyyətindədir.

Rusiyanın İranla hərbi və müdafiə sahəsində əməkdaşlığa dair 20 illik müqavilə 10 milyard dollarlıq satışı nəzərdə tutur. Marqarita pizza

Məlumata görə, Rəisinin Rusiyaya səfəri İran və Rusiya arasında hərbi-texniki əməkdaşlığı genişləndirəcək. Tehran ən azı 24 supermanevr qabiliyyətinə malik "Su-35" döyüş təyyarəsi almaq istəyir. 

Digər məsələ İslam Respublikası Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-29”, “MiQ-25” və “Su-24MK” qırıcılarının xidmət müddətinin uzadılması, təmiri və modernləşdirilməsidir.

"S-400" hava hücumundan müdafiə sisteminin alınması da gündəmə gətirilib.

Bu yaxınlarda bir sıra hərbi saytlar Rusiyanın İrana "Su-35C" döyüş təyyarələri sata biləcəyini iddia edib.

Rusiya Türkiyə və Əlcəzairdən də "Su-35C" döyüş təyyarələrini satmaq üçün müraciətlər alıb.

İrana ən azı 24 ədəd "Su-35" döyüş təyyarəsi satılacağı iddia edilir. Qırıcılar əvvəlcə Misirə satılmalı idi, lakin ABŞ Misiri sanksiyalarla hədələyib. Buna görə də, təyyarələrin 15-i ikitərəfli razılaşmaya əsasən, gələn ilin əvvəlinə qədər İrana göndərilə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!