İbrahim Rəisi Moskvaya yolllandı: “Nə rusları, nə də bizi qane edir“

saytların hazırlanması

Evə çatdırılma

İbrahim Rəisi Moskvaya yolllandı: “Nə rusları, nə də bizi qane edir“

Dünya

19 Yanvar 2022 10:10 801


İran prezidenti İbrahim Rəisi Rusiyaya yollanıb.

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, yola düşməzdən əvvəl o, Rusiyaya səfərinin məqsədlərini açıqlayıb.

"Bu səfər cənab Putinin dəvəti ilə həyata keçirilir və səfər zamanı regional diplomatiyanın inkişafı üçün səylər göstəriləcək. Şübhəsiz, bütün qonşularımızla müxtəlif sahələrdə siyasi, iqtisadi və ticarət əlaqələr mövcuddur. Amma Rusiya ilə münasibətlərimizdə yeni dönüş nöqtəsi yarana bilər”, - deyə Rəisi qeyd edib. Dördpendirli pizza

Prezident əlavə edib: "İran və Rusiya regionda müstəqil, qüdrətli və nüfuzlu ölkədir. Bu, iki dövlət dialoqla regional təhlükəsizliyin arxitekturasına çox təsir edir. Rusiya Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi İttifaqında əsas rol oynayır. Bu ölkə ilə ortaq maraqlarımız var".

İbrahim Rəisi vurğulayıb: “Bu səfər zamanı ikitərəfli əlaqələr, siyasi-iqtisadi, eləcə də energetika və kosmos sahəsində əməkdaşlıq müzakirə olunacaq. Hazırkı məqamda əməkdaşlığın səviyəsi nə rusları, nə də bizi qane edir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!