Gələn il Azərbaycanda İcbari Tibbi Sığorta Fondunun büdcəsi təxminən 3 milyard manat olacaq.
Yenisabah.az report-a xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib.
"Gələn il büdcənin səhiyyə xərcləri 2 milyard manat və yaxud ümumi xərclərin 7,4%-i qədər olacaq. Bütövlükdə səhiyyə xidmətləri üçün nəzərdə tutulan məbləğ isə 3,6 milyard manat təşkil edəcək”, - o vurğulayıb. pizza hut
Deputatın sözlərinə görə, İcbari Tibbi Sığorta Fondunda vəsait artımı əhaliyə göstərilən tibbi xidmətlərin kəmiyyətinə və keyfiyyətinə müsbət təsir edəcək:
Xatırladaq ki, bu il İcbari Tibbi Sığorta Fondunun büdcəsi 2 milyard 850,3 milyon manatdır.
Telegram kanalımız