İcmadan Ermənistana ÇAĞIRIŞ

saytların hazırlanması

Evə çatdırılma

İcmadan Ermənistana ÇAĞIRIŞ

Siyasət

20 Yanvar 2024 20:50 684


Ermənistan hakimiyyəti öz ərazisində Azərbaycanın suverenliyini təhdid edən ünsürlərin fəaliyyətinə qadağa qoymalıdır.

Yenisabah.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Ermənistan mediasında özünü hələ də hansısa qondarma “dövlətin prezidenti” kimi qələmə verən Samvel Şahramanyan adlı birisinin “dövlət naziri vəzifəsinə təyinat həyata keçirməsi” barədə məlumatlar yayılıb. Bundan əlavə, Ermənistanın keçmiş xarici işlər naziri, qatı irqçi Vardan Oskanyanın rəhbərliyi altında beynəlxalq səviyyədə iş aparılması üçün hansısa “komissiya”nın yaradıldığı bildirilir. pizza sifarişi

“Bəs Qərbi Azərbaycan İcmasının Ermənistanda Azərbaycan xalqının mədəni irsinin dağıdılmasının yolverilməzliyi ilə bağlı açıqlamalarını özünün suverenliyinə və ərazi bütövlüyünə qəsd hesab edən Ermənistan nəyə görə Azərbaycana qarşı belə düşmənçilik fəaliyyətinə şərait yaradır? Bütün bunlar Ermənistanın tezliklə Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olması barədə bəyanatları ilə tam ziddiyyət təşkil edir”, - icmanın bəyanatında bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!