İcra başçısının qazi haqda şikayəti  ilə bağlı qərar verildi

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısının qazi haqda şikayəti  ilə bağlı qərar verildi

Kriminal

17 Aprel 2025 19:28 10348


44 Günlük Vətən Müharibəsinin veteranı Ceyhun Ağayevin Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev tərəfindən məhkəməyə verilməsi barədə xəbər vermişdik.

“Yeni Sabah” Gununsesi.info-ya istinadən bildirir ki, icra başçısı veteranın Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 -ci (təhqir) maddəsi ilə cəzalandırılmasını istəyir. Belə ki, Bakı Apellyasiya Məhkəməsində məsələ ilə bağlı proses olub.

Sözügedən prosesə məhkəmənin sədri Mübariz Əkbərov rəhbərlik edib. pizza mizza

Bildiririk ki, Adil Əliyevin şikayətinə Xəzər rayonunda baxılmasına dair qərar qəbul olunub.

Onu da xatırladaq ki, Adil Əliyevin şikayəti Xəzər Rayon Məhkəməsinə ünvanlansa da, bu məhkəmə aidiyyat məsələsini əsas gətirərək baxmaqdan imtina edib və işə baxılması üçün Suraxanı rayonuna göndərmişdi.

Ancaq şikayətə baxmaqdan imtina edən Suraxanı Rayon Məhkəməsinin hakimi Ünsiyyət Mirzəyeva isə, bu şikayətə harada baxılması üçün qərarı Bakı Apellyasiya Məhkəməsinin verməli olduğunu qərara alıb.

Ceyhun Ağayevin özü isə deyib ki, proses onun qeydiyyatda olduğu Saatlı rayonunda keçirilməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Tahir alıyev
    Ay bu xəbəri yazan,QAZI yoxe QAZİ. Başlığı oxuyan elə başa düşürki, başçı məhkəməyə QAZI verib.????????????????
    1 year ago