İctimai yerlərdə 10 nəfərədək toplaşmağa icazə veriləcək   - YENİ QƏRAR

saytların hazırlanması

Evə çatdırılma

İctimai yerlərdə 10 nəfərədək toplaşmağa icazə veriləcək - YENİ QƏRAR

Sosial

04 Sentyabr 2020 19:41 1610


İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.

Yenisabah.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, bundan əvvəl insanların beş nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmişdi. Sezar pizza

Qərar 8 sentyabr 2020-ci ildən qüvvəyə minir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!