Britaniya kraliçasının gələcək nəsillər üçün yazdığı gizli məktubun varlığı ortaya çıxıb.
Yenisabah.az "Independent"ə istinadla xəbər verir ki, II Elizabetin məktubu 2085-ci ilə qədər açılmayacaq.
Mərhum kraliça həm də Avstraliya hökmdarı hesab edildiyi üçün o, Avstraliyanın Sidney şəhərinin vətəndaşlarına ünvanlanmış məktub yazıb və bu məktub onun ana tərəfdən əcdadı kraliça Viktoriyaya məxsus vaxt kapsuluna yerləşdirilib. pizza mizza
Sidney merinə ünvanlanmış bu məktubun üzərində belə yazılıb: "2085-ci ildə, seçəcəyiniz münasib gündə bu məktubu açıb Sidney vətəndaşlarına ismarışımı çatdırın".
Sadəcə "Elizabet" kimi imzalanan məktub Sidneydəki Kraliça Viktoriya malikanəsində şüşə qabda saxlanılacaq. Məlumatlara görə, hətta Kraliça Elizabetin xidmətçiləri də namənin məzmunundan bixəbərdir.
Telegram kanalımız