İki ay əvvəl rüşvətə görə həbs edilən polkovnik ev dustaqlığına buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

İki ay əvvəl rüşvətə görə həbs edilən polkovnik ev dustaqlığına buraxıldı

Kriminal

19 Fevral 2025 18:49 341


İki ay əvvəl rüşvətalma ittihamı ilə həbs edilən Dövlət Sərhəd Xidmətinin (DSX) ehtiyatda olan zabiti, polkovnik-leytenant Ramil İbrahimov ev dustaqlığına buraxılıb.

Yenisabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsi vəkilin qətimkan tədbirinin növünün dəyişdirilməsi barədə əsaslandırılmış vəsatətini təmin edib.

R.İbrahimov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. pizza

Məhkəmə qərar qəbul edərkən təqsirləndirilən şəxsin səhhətini və digər amilləri nəzərə alıb.

Qeyd edək ki, istintaq materiallarına əsasən, Ramil İbrahimov DSX-nin "N" saylı hərbi hissəsində qərargah rəisi vəzifəsində çalışarkən təkrar rüşvət almaqda ittiham edilir. O, ötən ilin dekabrında Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən saxlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir. Ramil İbrahimovun təqsirli olub-olmadığı məhkəmənin yekun qərarı ilə müəyyən ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!