İki azyaşlının yanaraq öldüyü yanğınla bağlı TƏFƏRRÜATLAR

saytların hazırlanması

Evə çatdırılma

İki azyaşlının yanaraq öldüyü yanğınla bağlı TƏFƏRRÜATLAR

Hadisə

04 Dekabr 2022 21:43 786


Sumqayıtın Kimyaçılar qəsəbəsində baş vermiş dəhşətli yanğın hadisəsi ilə bağlı bəzi detallar məlum olub.

Belə ki, hadisə şahidlərinin Baku TV-yə verdikləri açıqlamaya görə, yanğın zamanı ölən körpələrin valideynləri evdə olmayıblar. Belə ki, ata həmin vaxt işdə, ana isə məişət tullantılarını atmaq üçün çöldə olub və qapını bağlayıb.

Qonşulardan biri hadisəni belə təsvir edib: “Çıxdım ki, hamı yığışıb. Ev yanır. Gəldik, dedilər ki, qapılar bağlıdı, uşaqlar içəridə qalıb. Səbəbini hələ heç kim bilmir. Deyilənə görə elektrikdən olub yanğın”. Toyuqlu pizza

Yanan evlərdən birinin sakini Ofelya Hüseynova isə bildirib ki, tüstü çıxdığını görən kimi qonşuları çağırıb, qapını sındırıblar, amma alov bütün evi bürüyübmüş: “Ondan sonra söndürmək mümkün olmadı. Uşaqlar da evdəydi”.

Daha ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!