İki gözünü itirmiş əsgər yenidən cəbhəyə qayıtmaq istəyib -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İki gözünü itirmiş əsgər yenidən cəbhəyə qayıtmaq istəyib - Fotolar

Sosial

07 Dekabr 2020 15:53 1369


"Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əsasən ən çox travma alan əsgərlər müalicə alırdı. Xəstələrimiz ağız-üz-çənə, göz burun- boğaz və kəllə- beyin zədəsi almış xəstələrdən ibarət idi. Onların müalicəsi hərbi hospitalda başlandı və Tədris Cərrahiyyə Klinikasında isə davam etdirildi. Bu ümummilli işimizə bizim şöbənin kollektivi ilə yanaşı, burun-boğaz, neyrocərrahiyyə və ağız-üz-çənə üzrə sahələrin də aparıcı mütəxəssisləri könüllü olaraq qoşuldu. Bu müddət ərzində mən 117 ağır xəstə üzərində gərgin əməliyyatlar apardım. Burada xüsusilə haqqı olan bir neçə həkimim adlarını çəkmək istəyirəm. Onlardan Aytən Eyvazova, Aynur Verdiyeva, Gülnar Əliyeva və Fərhad Nurməmmədov gecə-gündüz əllərindən gələni əsirgəmədilər. Onlar ağır yaralılara ilkin tibbi yardım göstərməklə yanaşı, əməliyyatlarda yaxından iştirak etdilər. Mənə elə gəlir ki, biz üzərimizə düşən məsuliyyəti dərk etdik və gərgin işin öhdəsindən lazımınca gələ bildik. Bu gün qürurla deyə bilərik ki, Vətən müharibəsində biz həkimlər əsgərlərimizə yetərincə qayğı göstərə bildik".

Yenisabah.az xəbər verir ki, bunu klinikanın oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov deyib.

Klinikanın şöbə müdiri qarşılaşdığı bir sıra maraqlı və yaddaqalan faciəvi anlardan da bəhs edib: “İki gözünü itirmiş bir əsgərin yenidən cəbhəyə qayıtmaq istəməsi və digərinin isə "həkim, görəsən balalarımın üzünü bir daha görə biləcəyəmmi?" deməsi həyatımda rast gəldiyim ən sarsıdıcı və acınacaqlı məqamlardan biri oldu. Başqa bir ağır yaralı əsgərin "canım, qanım torpağıma və Azərbaycanıma qurbandır" söyləməsinin məni nə qədər qürürlandırdığını heç bir sözlə ifadə edə bilmirəm. Eşq olsun belə vətən oğullarımıza. Belə igidləri olan ölkə heç zaman düşmən işğalında qala bilməz!". pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!