Cənubi Koreyada iki təlim təyyarənin havada toqquşması nəticəsində üç pilot həlak olub.
Yenisabah.az xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.
Rəsmi qurumlar paytaxt Seuldan 300 kilometr cənubda yerləşən Saçxon şəhərində Hava Qüvvələrinə məxsus iki “KT-1” tipli təlim-məşq təyyarəsinin havada toqquşduğunu açıqlayıblar. Sezar pizza
Toqquşmadan sonra təyyarələr çəltik sahəsinə düşüb.
Qəzada 3 pilot həlak olub, bir nəfər ağır xəsarətlərlə xilas edilib./Teleqraf
Telegram kanalımız