İki milyon manatdan çox mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxsə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

İki milyon manatdan çox mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxsə hökm oxundu

Kriminal

12 Mart 2025 19:17 339


Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi işləmiş Elvin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Report"un məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 2 il müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum edilib. pizza mizza

Qeyd edək ki, E.Cəfərov Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. İş üzrə dövlətə dəymiş ziyan 2 milyon 200 min manatdır.

Ötən ilin may ayında Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatəti əsasında onun barəsində həbs qətimkan tədbiri seçilib.

E.Cəfərov ötən ilin dekabrında hazırda Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə ilə bağlı məhkəmə prosesində şahid qismində dindirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!