İki nəfərin batdığı tunel su ilə doldu - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

İki nəfərin batdığı tunel su ilə doldu - VİDEO

Sosial

28 Oktyabr 2024 12:28 892


Səhər saatlarından yağan leysan xarakterli yağışdan sonra Bakının yollarında yenə çətinlik yaranıb.

Yenisabah.az xəbər verir ki, Sabunçu Dəmir Yolu Vağzalı ətrafındakı ərazi suyun altında qalıb. Bununla bağlı kadrlar sosial şəbəkələrdə yayılıb. Eyni zamanda 2 nəfərin boğularaq öldüyü tuneli də su basıb və ora giriş-çıxış bağlanıb. 

Bundan başqa, Nərimanov rayonu ərazisindəki tuneldə də su toplanıb.  Sezar pizza

Hətta mərkəzi yollarda belə yağış suları maşınların və piyadaların hərəkətinə mane olub.

Xatırladaq ki, ötən həftə yağışın normadan dəfələrlə artıq yağması nəticəsində də paytaxtın bir neçə ərazisini su basmışdı. Aidiyyəti strukturların rəhbərləri ərazilərə baxış keçirərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlarını vermişdilər.//qafqazinfo

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!