İki ölkə arasında güclü müharibə olacaq: Hazırlıq DAVAM EDİR

saytların hazırlanması

Evə çatdırılma

İki ölkə arasında güclü müharibə olacaq: Hazırlıq DAVAM EDİR

Dünya

23 Avqust 2024 11:55 37482


Çin və ABŞ arasında münasibətlər getdikcə gərginləşir. 

Yenisabah.az xəbər verir ki, bu haqda qlobal müdafiə mediasının mühüm nəşrlərindən biri olan Army Recognition məlumat yayıb. 

Bildirilib ki, hər iki ölkə bütün hərbi gücünü səfərbər edərək, dayanmadan müharibəyə hazırlıq prosesi aparır. Bu ərəfədə isə Çinin mümkün müharibəyə necə hazırlaşdığı ortaya çıxmağa başlayıb. Belə ki, rəsmi Pekin gizli obyektlərdə ABŞ döyüş təyyarələri və gəmilərinin eyni miqyaslı modellərini vuraraq ordusunu mümkün münaqişəyə hazırlayır.  Toyuqlu pizza

Çin öz ərazisindəki gizli hərbi bazalarda ABŞ hava qüvvələrinə qarşı döyüş təlimləri keçirir. Həmçinin, öz istehsalı olan mühərriklərlə təchiz edilmiş ABŞ təyyarələrinin tam ölçülü modellərindən istifadə edərək təlimlərlə öz hava gücünü və müdafiə qabiliyyətini sınaqdan keçirir. 

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!