Evi yararsız halda olan iki uşaq anasından Mehriban Əliyevaya müraciət

saytların hazırlanması

Evə çatdırılma

Evi yararsız halda olan iki uşaq anasından Mehriban Əliyevaya müraciət

Sosial

24 Sentyabr 2020 12:46 2148


Hövsan qəsəbəsi, Mirzə Şəfi Vazeh küçəsi ev 1140, mənzil 009-da yaşayan Babayeva İnci Həsən qızı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya açıq məktub yazıb. 

Yenisabah.az xəbər verir ki, İnci Babayeva məktubunda birinci xanımdan problemlərinin həllinə yardım istəyir.

“Çox hörmətli Mehriban xanım Əliyeva! 01.07.2020 tarixində sizə-Heydər Əliyev Fonduna yazılı sürətdə yarımtikili evimin tamamlanması üçün yardım etməyinizi xahiş etmişdim. Məktubda dəfələrlə pandemiyaya görə işləyə bilmədiyimi qeyd etmişəm. Habelə, sizə müraciətimdə səhhətimlə bağlı olan problemlərimdən-Azərbaycan Tibb Universiteinin Onkologiya şöbəsində qeydiyyatda olduğumu, həmçinin böyrəyimdəki problemlərlə bağlı ağır işdə işləyə bilmədiyimi yazmışam. Evim qış üçün şəraitsiz vəziyyətdədir, qazı yoxdur, otaqlardan biri tamamilə üstü açıq, digərləri yarım açıq vəziyyətdədir. Gələcək üçün 2 uşaq böyüdürəm, ən əsası gələcək üçün ölkəyə əsgər yetişdirirəm. Mehriban xanım, qışı bu şəraitdə keçirmək mümkünsüzdür. Qaz çəkilməsi üçün dövlət rüsumu 262 manatdan başlayır və mənim hazırda bunu qarşılayacaq gücüm yoxdur. Xanım Əliyeva, mən hər şeydən ümidimi üzüb, Sizə üz tutmuşdum, məktubun ən axırında qeyd etmişdim ki, siz məni yaxşı başa düşərsiniz, çünki siz də anasız!”, - deyə Babayeva vurğulayır. pizza mizza

Şikayətçi qeyd edir ki, yazdığı məktub icra hakimiyyətinə yönləndirilib: “Mənə icra hakiminin müavini Könül Axundovadan məktub gəlib ki, büdcəmiz sizə kömək etməyə yetmir. Mehriban xanım, mən şəxsən sizin özünüzə müraciət etmişdim. Ola bilsin ki, bu, icra hakimiyyətinin büdcəsinə uyğun deyil. Bunu da başa düşürəm ki, dövlətin hər vətəndaşın evini tikmək borcu yoxdur. Mən sizdən, şəxsən özünüzdən yardım istəyirəm, vətəndaş kimi, qadın kimi, ana kimi. Axı, mən əl açıb insanlardan da yardım istəyə bilərdim və bilirəm ki, mənim xalqım elə gözəl xalqdır ki, məni və uşaqlarımı soyuqda qoymazdı. Hər kəs öz şəxsi hesabına mənə yardım etməyə çalışardı. Lakin mən dövlətimdən, sizdən kömək istəməyi seçdim.

Mən yenə də ümidimi üzmürəm, inanıram ki, o məktub şəxsən sizin əlinizə keçsəydi, məndən yardım əsirgəməzdiniz. Elə bu səbəbdən sizə növbəti məktubu açıq şəkildə yazıram. Mənim qış üçün şəraitim yoxdur, bir aya payız düşür və mən uşaqlarımla soyuqda qalacam".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!