“İlham Əliyevin qələbə qazanma ehtimalı qat-qat daha çoxdur” - Prezidentliyə namizəd

saytların hazırlanması

Evə çatdırılma

“İlham Əliyevin qələbə qazanma ehtimalı qat-qat daha çoxdur” - Prezidentliyə namizəd

Siyasət

23 Yanvar 2024 21:38 906


“Seçicilərlə mütəmadi görüşürük və yetərincə aktiv seçki kampaniyası aparmağa çalışırıq. Faəllıq bizi qane edir. İndiyə qədər Qobustan, Hövsan, Pirallahı və Goranboyda görüşlər keçirmişik. İnsanlarla fəal görüşlər təşkil etmək, onları seçkilərə təşviq etmək hər bir namizəd kimi, bizim də borcumuzdur. Biz etiraf edirik ki, bu seçkilərdə hazırki prezident İlham Əliyevin qələbə qazanma ehtimalı qat-qat daha çoxdur. Bu bizi qorxutmur, seçkilərdə sonuna qədər mübarizə aparmaq lazımdır”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Böyük Azərbaycan partiyasının prezident seçkilərindəki namizədi Elşad Musayev deyib. O, bütün hallarda seçkilərdən qalib kimi çıxacağına əmin olduğunu qeyd edib.

Bütün hallarda Böyük Azərbaycan Partiyası bu seçkidən qalib kimi çıxacaq. Çünki indiyə qədər həm hakimiyyət, həm də müxalifət tərəfindən bizim partiyaya qarşı qısqanclıq var idi. Biz bütün bunlara baxmayaraq indi böyük təbliğat imkanları əldə etdik. Açıq şəkildə dövlətimizin, millətimizin problemlərini dilə gətirirməkdən qorxmuruq, dövlətçi və milli mövqedə dururuq. Biz bu hakimiyyətin alternativi qismində çıxış edirik. Bəziləri bu seçkilərdə hazırki hakimiyyətə heç bir alternativin olmadığını bildirir. Düşmənlərimiz isə bundan istifadə edərək guya ölkədə qeyri-demokratik abu-havanın olmasını göstərməyə çalışır. Düzdü, rəqibimiz çox güclüdür və aşkar favoritdir, amma biz öz mübarizəmizi sonuna qədər davam edəcəyik”. pizza mizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    BİLİRSƏNKİ SƏN QƏLƏBƏ QAZANMAYACAQSAN NİYƏ MƏNASIZ SEÇKİYƏ GETMİSƏN?
    2 years ago