İlkin Süleymanov məhkəmədən vaxt istədi 

saytların hazırlanması

Evə çatdırılma

İlkin Süleymanov məhkəmədən vaxt istədi 

Kriminal

25 May 2023 17:14 1152


Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

Yenisabah.az-ın məlumatına görə, hakim Dadaş İmanovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin müdafiəçiləri çıxış edib. Daha sonra söz İ.Süleymanova verilib. O, son sözünü demək üçün məhkəmədən vaxt istəyib. 

Məhkəmə prosesi iyunun 2-dək təxirə salınıb. pizza

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

Ötən iclaslarda prokuror İ.Süleymanova 20 il cəza verilməsini istəyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!