Son günlər uşaqpulu məsələsi siyasiləri üz-üzə gətirib. Belə ki, Azərbaycan Demokratik Rifah Hərəkatının sədri Qubad ibadoğlu REAL Partiyasının sədri İlqar Məmmədovun uşaqpulu tələb edənləri “yaramaz” adlandırmasını sərt tənqid edib və onu arqumentlərinin əsassız olduğunu göstərmək üçün debata çağırıb.
Yenisabah.az xəbər verir ki, İlqar Məmmədov isə bu təklifə soyuq yanaşaraq bəzi şərtlər irəli sürüb:
“Hər hansı debatda iştirakımı Siyasi Komitə tənzimləyir. Meyarlar var. Məsələn, qarşı tərəf hakim partiyadandırsa, o, YAP-da çox yüksək vəzifə tutmalı, ya da ən azı Milli Məclisin komitə sədri olmalıdır. Digər partiyadandırsa, İlham Əliyevin prezidentliyinə qarşı partiya sədri kimi özünün prezidentliyə namizəd olacağını bəyan etməlidir, çünki mən bunu artıq etmişəm. Debat internetdə yox, studiyada olmalıdır. Seçki ərəfəsində nadir istisnalar mümkündür”. Marqarita pizza
Telegram kanalımız