İlqar Məmmədov YAP-dakı dəyişikliklərdən danışdı:   “Bizdən öyrənirlər“

saytların hazırlanması

Evə çatdırılma

İlqar Məmmədov YAP-dakı dəyişikliklərdən danışdı: “Bizdən öyrənirlər“

Siyasət

05 Mart 2021 16:02 830


“YAP daha səmərəli partiya idarəçiliyini REAL-dan öyrənir”.

Yenisabah.az xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov deyib. O qeyd edib ki, ötən il apardıqları struktur dəyişikliyini bu gün YAP təkrarlayıb:

“Özünün ali seçkili orqanını buraxdı və bizim idarəetmə modelinə keçdi. Əsas fərq odur ki, partiya sədrini onlarda Qurultay seçir, bizdə isə Qurultayın seçdiyi ali orqan. Bu, sədr funksiyasını bizdə daha kollegial, daha demokratik edir. Sovetin partiya modellərindən tədricən bütün partiyalar uzaqlaşacaq. REAL bu dəyişikliyin də önündə gedir”. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!