“İmam Mehdi”nin məhkəməsində vəkilə hücum edildi

saytların hazırlanması

Evə çatdırılma

“İmam Mehdi”nin məhkəməsində vəkilə hücum edildi

Hadisə

14 Sentyabr 2022 10:40 1120


Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Ceyhun Yusifov Bakı Ağır Cinayətlər Məhkəməsində hücuma məruz qalıb.

“Yeni Sabah” xəbər verir ki, məhkəmə prosesində zərərçəkmiş şəxslər təqsirləndirilən Aqil Babayevi və onun vəkili Ceyhun Yusifovu təhqir ediblər.

Məhkəmə heyəti və təqsirləndirilən şəxs zaldan çıxdıqdan sonra isə zərərçəkmişlər vəkil Ceyhun Yusifova hücum ediblər.  pizza mizza

Məhkəmə nəzarətçiləri insidentin qarışını alaraq vəkili arxa qapıdan çıxarıblar.

Xatırladaq ki, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. Onun barəsində barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. İş üzrə zərərçəkmiş şəxslərə 2 milyon 500 min manat ziyan dəydiyi iddia olunur. 

Nəzrin CAVADZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!