İmişlidə 2 narkokuryer həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

İmişlidə 2 narkokuryer həbs olundu

Kriminal

04 Fevral 2025 10:35 235


İmişli rayonunda saxlanılan narkokuryerlərdən 12 kiloqram marixuana və metamfetamin aşkarlanıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, Bakı şəhər sakinləri Anar Qadaşev və Elşad Bağırov rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindikləri üçün saxlanılıblar.

Onlardan 12 kiloqram marixuana və metamfetamin götürülüb. Araşdırmalarla onların maddi gəlir qarşılığında narkokuryerlik etdikləri müəyyən edilib. Toyuqlu pizza

Faktla bağlı cinayət işi başlanıb, A.Qadaşev və E.Bağırov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!