İmişlidə saxlanılan 14 nəfər barədə QƏRAR VERİLDİ

saytların hazırlanması

Evə çatdırılma

İmişlidə saxlanılan 14 nəfər barədə QƏRAR VERİLDİ

Kriminal

22 Yanvar 2025 13:22 5116


Yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan bir qrup şəxs barəsində qərar verilib.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, saxlanılan şəxslərlə bağlı istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.

İmişli rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. pizza mizza

Saxlanılan 14 nəfər (Bayramlı Bəylər, Babayev Rasif Cabbarlı Anar, Usublu Vüqar, Səfərov Şamil, İbrahimov Elman, Bağırov Abbas, Məmmədov Taleh, Tağıyev Raqib, Məmmədov Qoşqar, Əliyev Sənan, Əzimov Elxan, Quliyev Ruslan, Rzayev Rahib) barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 221.2.1. (Xuliqanlıq - bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə ittiham verilib.

Qeyd edək ki, yanvarın 18-i saat 12:30 radələrində İmişli şəhəri ərazisində “Mercedes-Benz” markalı fərdi nəqliyyat vasitəsi və “BMW” markalı DYP avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib.

Hadisə nəticəsində 2 məktəbli ölmüş, daha bir şagird və YPX avtomobilinin sürücüsü isə xəsarət almışdı.

Qəzada ağır yaralanan məktəbli qız bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

İlkin istintaq tədbirləri ilə İmişli rayon sakini 2008-ci il təvəllüdlü Bəylər Bayramlı təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!