“İmkan verin özümüzü göstərək də...“ - Müğənnidən etiraz - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“İmkan verin özümüzü göstərək də...“ - Müğənnidən etiraz - VİDEO

Şou

29 Aprel 2023 14:00 5322


"Bahalı işlər görürsən".

Yenisabah.az Milli-yə istinadla xəbər verir ki, bunu aparıcı Mikayıl Güləddinoğlu verlişində qonaq olan gənc və cazibədar müğənni Jamilla barədə deyib.

Müğənninin cavabı daha yaddaqalan olub: "Bahalı insana bahalı işlər yaraşır. Hər kəs özünə yaraşanı edir. Amma elələri də var ki, özünə yaraşmayan hərəkətləri də edir".  Dördpendirli pizza

Aparıcı Mikayıl Jamillanın sözünü "Bu sözlərin şou-biznes aləminə aiddir" sualı ilə kəsib.

Müğənni efirdən ad çəkməsə də söhbətin təxminən hansı məşhurlardan getdiyini gizlətməyib: "Təbii ki, mən bu şou-biznes camiasından danışıram da. Elə sənətkarlar, illərdir səhnədə olan insanlar var ki, yeni gələn gənc müğənnilərə yol açmırlar, onlara yardım etmək əvəzinə yaraşmayan hərəkətlər edirlər. Ad çəkmək istəmirəm. Amma insan özündən böyük, bu sahədə sənətkar olan insanlardan bir təkan, dəstək gözləyir, amma etmirlər. 

Onlar arasında təbii ki, xanımlar çoxluq təşkil edir. Sanki istəmirlər ki, səhnəyə yeni nəsil, gənc nəsil gəlsin. Mən ona paxıllıq deyirəm. Təkan vermirsiniz, heç olmasa imkan verin biz özümüzü göstərək.

Hər aşığın öz dövranı var. Siz onsuz da sevilmisiniz, yaddaşdasınız. İndi bizim dövranımızdır, imkan verin biz də özümüzü öz işimizlə, uğurlarımızla, nəsə bir yeniliklərlə göstərək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!