İmran Xan ABŞ-ı onu devirməkdə ittiham edir

saytların hazırlanması

Evə çatdırılma

İmran Xan ABŞ-ı onu devirməkdə ittiham edir

Dünya

02 Aprel 2022 22:22 891


"Müxalifətin məni vəzifədən uzaqlaşdırmaq cəhdi ABŞ-ın daxili siyasətimizə açıq müdaxiləsidir".

Yenisabah.az xəbər verir ki, bunu sabah keçiriləcək etimadsızlıq səsverməsindən əvvəl Pakistanın Baş naziri İmran Xan deyib.

Xan bildirib ki, martın 8-də Pakistanın Vaşinqtondakı səfiri ABŞ rəsmiləri ilə görüşüb və rəsmi görüşdə ona “təhdid məktubu” verilib. Marqarita pizza

O, etimadsızlıq səsverməsinin Pakistanda açıq-aşkar rejim dəyişikliyi cəhdi olduğunu və “ABŞ ilə əməkdaşlıq çərçivəsində planlaşdırıldığını” bildirib.

"Planlarımız var. Mənim qərarım yeni seçkiyə getməkdir", - deyə İmran Xan vurğulayıb.

Qeyd edək ki, sabah Pakistan parlamentində ölkənin Baş naziri İmran Xana etimadsızlıq səsverməsi keçiriləcək./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!