İmran Xan edam oluna bilər

saytların hazırlanması

Evə çatdırılma

İmran Xan edam oluna bilər

Dünya

16 Oktyabr 2023 21:52 837


Pakistan hökumətinin keçmiş rəhbəri, (Ədalət Uğrunda Hərəkat müxalifət partiyasının sədri İmran Xanın dövlət sirlərini açıqladığı sübut olunarsa, siyasətçi ömürlük həbs və ya ölüm cəzası ilə üzləşə bilər.

Yenisabah.az xəbər verir ki, bunu İslamabad Ali Məhkəməsində keçirilən dinləmə zamanı xüsusi dövlət ittihamçısı Raca Rizvan Abbasi deyib.

“İmran Xan şifrlənmiş çox məxfi məlumatları açıqlayıb və “Dövlət sirləri haqqında” qanunun 5-ci maddəsinə əsasən, o, 10 ildən çox müddətə azadlıqdan məhrumetmə, ömürlük həbs və ya ölüm cəzasına məhkum edilə bilər”, – Abbasi deyib. pizza hut

Pakistanın dövlət sirrinin pozulması ilə bağlı işlərə baxan Xüsusi Məhkəməsi oktyabrın 17-də Xana qarşı rəsmi ittihamlar irəli sürəcək. Bu işdə təqsirləndirilən digər şəxs isə partiyanın sədr müavini, keçmiş xarici işlər naziri Şah Mahmud Qureyşidir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!