Sabah Pakistan parlamentində Baş nazir İmran Xanın etimadsızlıq səsverməsi ilə bağlı prosedur başlayacaq.
Yenisabah.az "Daily Pakistan"a istinadla xəbər verir ki, səsvermə öncəsi İmran Xanın partiyasından 20-yə yaxın millət vəkilinin istefa verməsi Baş nazirin işini daha da çətinə salıb.
Parlamentdə lazımi səs çoxluğunu güclə toplayaraq koalisiya qura bilən Xan hazırda 179 deputatın dəstəklədiyi koalisiyaya rəhbərlik edir. Hökumət qurmaq üçün 342 yerlik parlamentdə 172 yerə sahib olmaq lazım olduğu halda, onun "Təhrik-i İnsaf" partiyasının 155 deputatı var. Dominos pizza
İmran Xanın koalisiya tərəfdaşları da etimad səsverməsi ilə bağlı müsbət mesajlar vermir. Baş nazirin müavini Pərviz İlahi bildirib ki, etimad səsverməsində tərəfdaşlar İmran Xanın əleyhinə səs verə bilərlər.
İmran Xan ölkənin iqtisadiyyatını, xarici siyasətini və idarəçiliyini idarə etməməkdə ittiham olunur.
Telegram kanalımız