“İndi qarşımızda yeni reallıqdır” - ABŞ-dan olan həmsədr

saytların hazırlanması

Evə çatdırılma

“İndi qarşımızda yeni reallıqdır” - ABŞ-dan olan həmsədr

Siyasət

12 Dekabr 2020 19:50 963


“Bu gün bizi burada qəbul etdiyinizə və səmimi qonaqpərvərliyinizə görə təşəkkürümü bildirmək istəyirəm. Həmçinin mövqeyinizi çox aydın ifadə etdiyinizə görə minnətdarıq”.

Yenisabah.az xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Endrü Şofer Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

“Həmkarımın söylədiyi kimi, biz bunu öz hökumətlərimizə məruzə edəcəyik. Sizin söylədiyiniz sözlərə və açıq verdiyiniz bəyanata gəldikdə, anlayırıq ki, hazırda yeni vəziyyət yaranıb. Hamımız anlayırıq və etiraf edirik ki, indi qarşımızda yeni reallıqdır. Hesab edirəm ki, Sizinlə söhbət aparmağımın əsas səbəbi Sizin mövqeyinizi daha yaxşı anlamaq idi. Siz həmin mövqeyi açıqladınız və bir azdan biz hadisələrin sonra necə cərəyan edəcəyi ilə bağlı təfərrüatları müzakirə edəcəyik. Dördpendirli pizza

Hazırda cari vəziyyət fərqlidir. Bilmək istərdim, Siz gələcəyi, ümumiyyətlə, necə görürsünüz? Xüsusən də Madrid prinsiplərində deyilir ki, xətlər və kommunikasiyalar açılsın, münasibətlər yenidən qurulsun, regionda bütün xalqlar üçün müsbət mühit yaradılsın. Əgər, bunlar sizin mövqeyinizin bir hissəsidirsə, onda, fikrimcə, buna nail olunmasında bizim və ölkələrimizin oynayacağı rol ola bilər. Biz bunu Sizdən eşitmək istərdik, gələcəkdə hansı addımları atmaq istəyirsiniz? Bildiyiniz kimi, bundan sonra, biz İrəvana gedəcəyik və digər tərəflə də eyni söhbət aparacağıq. Bizim daha təfərrüatlı müzakirələrimiz olacaq”-deyə, o bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!